Bakıda baş verən güclü yanğının səbəbi bəlli oldu- Yenilənib
    • 21-09-2018, 13:10
    • 741

Bakıda baş verən güclü yanğının səbəbi bəlli oldu- Yenilənib

Bu dəqiqələrdə Bakıda böyük yanğın hadisəsi baş verib. Paytaxtın Süleyman Əhmədov küçəsində, Xəzər TV-nin qonşuluğunda yerləşən "Xəzər" kafesində güclü yanğın başlayıb.

News24.az-ın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğının söndürülməsi üçün  gərgin iş gedir.

Xatırladaq ki, həmin ərazidə neft çənləri və boruları  avtomobil təmiri sexləri yerləşdiyi üçün yanğın böyük fəsadlara səbəb ola bilər.

Əldə etdiyimiz məlumata görə, kafe taxta konstruksiyalarla inşa edilib. Yanğının baş verməsinə mətbəxdə qaz balonunun partlaması səbəb olub.