-
- 14-04-2020, 14:53
- 1 477
"71 minə yaxın əməkdaşın icazəsi ləğv olunub"- ELNUR NİFTƏLİYEV
"Əmək müqaviləsi olmadan işçi çalışdıran şirkətlərin 71 minə yaxın əməkdaşının icazəsi ləğv olunub".
Bu sözləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev News24.az-ın canlı yayımında jurnalist Ülkər Rəşidqızının suallarını cavablandırarkən deyib.
O, bildirib ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkətlərə ciddi xəbərdarlıq edilib və onlarla bağlı lazımı qərarlar qəbul olunub: "Bu cür fəaliyyət göstərən şirkətlərin 71 minə yaxın əməkdaşının icazəsi ləvğ edilib”.
E. Niftəliyev 8103-lə bağlı son statistikanı da açıqlayıb: "Ümumilikdə 8103-ə 8 milyon 745 min nəfər sms göndərib. Gələn SMS-lərin 35 faizi isə düzgün olmayan, yalnış yazılan qeyri - ciddi SMS-lər olub. Onu da deyim ki, yollanılan 97 % sorğulara bir-iki dəqiqə ərzində cavab gəlib. Sadəcə, çalışmalıyıq ki, zəruri hallarda SMS sistemindən istifadə edək və elektron icazə xidmətindən sui-istifadə etməyək".
Həmsöbətimiz 65 yaşdan yuxarı olan qocaların çölə çıxa bilməməsinə də münasibət bildirib: "65 yaşdan yuxarı vətəndaşların SMS-lərinə müsbət cavab gəlsə belə, onların çölə çıxmaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qadağandır. Buna baxmayaraq, biz "ASAN məktub" layihəmizin formatını dəyişərək qocaların qayğısına qalmağa çalışırıq. ASAN könüllüləri onlara yardımla məşğul olurlar".
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, 8103 xidməti avtomatik çalışsa da, vətəndaşlar yaranan hər hansısa problemini 9108 Çağrı Mərkəzi ilə bölüşə bilər: "8103 xidmətindən heç kimə "yox" cavabı gəlmir. Sadəcə, bir az səbrli və məsuliyyətli olmalıyıq. 9108 Çağrı Mərkəzi səhər saat 9.00-dan axsam 21:00-dək həmçinin də 24 saat ərzində avtomatik şəkildə fəaliyyət göstərir. Gün ərzində isə 15-17 min sorğu cavablandırılır".
E. Niftəliyev onu da vurğulayıb ki, 8103 sms xidmətinə 300 operator cəlb olunub: "Bir çox vətəndaşlarımız bizə SMS-in gəlmə müddətinin gecikməsi ilə bağlı müraciət edir. Bu, mobil telefonlarımızın tənzimləmə şəkilindən və yaxud da mobil şəbəkədə hansısa yüklənmə ilə bağlı ola bilər".
Niftəliyev söhbət əsnasında bildirdi ki, bəzi vətəndaşlar sui-istifadə hallarına yol verirlər: "Təssüf ki, 3 indeksi ilə bağlı uydurulmuş rəqəmlər və hadisələr ortaya çıxdı, amma araşdırmadan sonra bəlli oldu ki, bu, sadəcə, vətəndaşın xidmətdən sui-istifadəsidir. Həmin o şəxslər də aidiyyatı orqanlar tərəfindən məsuliyyətə cəlb olundu".
Sevda Bayramova