"8103-ə gələn SMS-lərin 35 faizi qeyri-ciddi mesajlardır" - ELNUR NİFTƏLİYEV
    • 14-04-2020, 12:59
    • 932

"8103-ə gələn SMS-lərin 35 faizi qeyri-ciddi mesajlardır" - ELNUR NİFTƏLİYEV

"Ümumilikdə 8103-ə 8 milyon 745 min nəfər sms göndərib".

Bu sözləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev News24.az-ın canlı yayımında jurnalist Ülkər Rəşidqızının suallarını cavablandırarkən deyib. O bildirib ki, SMS-lərin 35 faizi aidiyyatı olmayan məzmunla bağlı olub: "Gələn SMS-lərin 35 faizi düzgün olmayan, yalnış yazılan qeyri - ciddi SMS-lər olub. Bu, birbaşa bəzi vətəndaşların lageydliyindən xəbər verir. Onu da deyim ki, yollanılan 97 % sorğulara bir-iki dəqiqə ərzində cavab gəlib. Sadəcə, çalışmalıyıq ki, zəruri hallarda SMS sistemindən istifadə edək".

Sevda Bayramova