Xaçmaz polisi ailələrə ərzaq yardımı etdi - FOTOLAR
    • 14-04-2020, 17:00
    • 631

Xaçmaz polisi ailələrə ərzaq yardımı etdi - FOTOLAR

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Şöbə əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Polislər qonağı olduqları evlərdə yaşlı insanlarla səmimi  söhbətlər edərək, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar, onları maraqladıran sualları cavablandırıblar.

Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə  onları unutmayan və qayğılarına qalan şanlı Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.