Tabutları cəbhədən birbaşa məktəblərə aparırlar ki…
    • 21-09-2018, 16:40
    • 746

Tabutları cəbhədən birbaşa məktəblərə aparırlar ki…

Ukrayna məktəblərində Rusiyaya düşmənçiliyi inandırmaq məqsədi ilə uşaqların psixoloji emal həyata keçirilir.

Bu haqda “Sol güclərin İttifaqı” təşkilatının başçısı Vasiliy Volqa bildirib.

“Budur, məktəbə 2-3 ayda mütləq bir dəfə tabut gətirirlər. Tabutda həmin məktəbdə oxuyan və Donbasda həlak olan real döyüşçü olur. Bu, çox effektivdir”, - siyasətçi deyib.

Onun sözlərinə görə, ABŞ “yeni ukraynalı”nın yaradılması üzrə sosial sınaq keçirir.

“Onlar ən effektiv metodları seçirlər. Və onlarda hər şey alınır. Onlar qarşıya qoyulmuş hədəflərə çatırlar. Və bu hədəflər Ukraynanın iqtisadiyyatı, əmin-amanlığı və təhlükəsizliyi deyil. Başqa hədəflər var: Ukraynanı Rusiyadan qopartmaq, əsas mahiyyəti anti-Rusiya olan yeni ukraynalını yaratmaq. Onların başladığı bu sosial sınaq tamamlanmaya yaxınlaşır”, - Volqa yekunlaşdırıb.