Türkiyə Standartlar İnstitutunun eksperti AQTİ-də təlimə başladı
    • 1-10-2019, 18:04
    • 901

Türkiyə Standartlar İnstitutunun eksperti AQTİ-də təlimə başladı

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ISO 17025 2017 “Sınaq və kalibrləmə laboratoriyalarınınsəmərəli təşkilinədair beynəlxalq standartlar” mövzusunda təlim keçirilir.

AQTA-dan News24.az verilən məlumata görə, Türkiyə Standartlar İnstitutunun eksperti Murat Kavrukun keçirdiyi təlimdə iştirakçılara sınaq və kalibrləmə laboratoriyalarında müasir xidmətin təşkili, dünyada bu sahə üzrə tətbiq olunan son texnologiyalarla bağlı məlumat verilib. Təlimdə sınaq və kalibrləmə laboratoriyalarında işlərin keyfiyyətinin yaxşılaşdırılması metodları, bu sahədə beynəlxalq təcrübə ilə bağlı aktual məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılmasında ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılamsının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, təlim bu ilin mayında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyə Standartlar İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında keçirilir.

Təlim oktyabrın 4-dək davam edəcək.