-
- 14-04-2020, 22:10
- 915
"Pencəyin, paltonun üstündən narıncı maykaları geyinib küçələrə çıxmışdılar" - Prezident müxalifəti tənqid etdi - VİDEO
Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
News24.az xəbər verir ki, dövlət başçısı müşavirədə müxalifət düşərgəsindən də söz açıb. Prezident bildirib ki, müxalifət qruplaşmaları daima xarici faktorlarla ümid edirlər.
Ölkə başçısı ötən illərə nəzər salaraq, müxalifətin vaxtilə narıncı inqilab etmə fikrinə düşməsindən də danışıb: "Hətta özləri üçün ayrı rəng seçməkdə də çətinlik çəkdilər, Ukraynadan narıcın rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykaları sifariş edib gətirdilər ölkəmizə, bantlar gətirdilər. Ancaq bir şeyi nəzərə almalıdılar ki, o vaxt 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi və noyabr ayında artıq soyuqlar başlayır. Yadımdadır o gülməli mənzərə pencəyin, paltonun üstündən bunlar narıncı maykaları geyinib küçələrə çıxmışdılar. Bu da bir komediya mənzərəsi yaradırdı. Budur onların qabiliyyəti".