"2-ci sinif şagirdləri üçün qiymətləndirmə tapşırıqları" vəsaitləri nəşr olunub
    • 15-04-2020, 10:04
    • 834

"2-ci sinif şagirdləri üçün qiymətləndirmə tapşırıqları" vəsaitləri nəşr olunub

Azərbaycan dili və riyaziyyat fənləri üzrə “2-ci sinif şagirdləri üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanır.

Hazırda bu fənlər üzrə “1-ci siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərinin üzərində iş gedir. Vəsaitlər hazır olduqdan sonra çap olunacaq və şagirdlərin istifadəsinə veriləcək.