DİM şagird və abituriyentlər üçün yeni sınaq imtahanları əlavə etdi
    • 27-04-2020, 16:18
    • 626

DİM şagird və abituriyentlər üçün yeni sınaq imtahanları əlavə etdi

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Qurumdan News24.az-a verilən xəbərə görə, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 28883 istifadəçi tərəfindən 74334 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Bu gün portala 11-ci sinif şagirdləri üçün buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanı modelinə uyğun yeni ödənişsiz sınaq imtahanı, həmçinin 4-cü sinif şagirdləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin bütün bölmələri əsasında qiymətləndirmə tapşırıqları yerləşdirilib. Burada “Azərbaycan dili” dərsliyinin 8, “Riyaziyyat” dərsliyinin  6 bölməsinin hər biri üzrə 10 tapşırıq olan test blokları təqdim edilir. Şagirdlər mövzuları necə mənimsədiklərini bu materiallarla yoxlaya bilərlər.

Qeyd edək ki, portalda artıq şagirdlər 4-cü sinifdən başlayaraq 11-ci sinfədək  fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək imkanına malikdirlə