-
- 7-04-2019, 12:05
- 2 108
Bu gün məktəblərdə 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.
News24.az-ın məlumatına görə, buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcəkdir. XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda 63 imtahan mərkəzi təşkil edilib.
İmtahanda 27659 nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.