-
- 15-04-2020, 14:24
- 1 417
"Karantin cütlüklər üçün bir sınaqdır"- ELMİR ƏKBƏR
"Koronavirus infeksiyası, necə deyərlər, aysberqin görünən tərəfidir, amma bunun bir də görünməyən və bilinməyən tərəfləri var. O görünməyən tərəfi birbaşa insanın psixikasına böyük zərbə vurur".
Bu sözləri News24.az-ın canlı yayımında psixoloq, psixoterapevt Elmir Əkbər söyləyib. O, bildirib ki, son günlər bəzi insanlarda panik ataklar çoxalıb: "Bu aralar insanların əhval-ruhiyyəsi çox düşüb. Həyəcan, özündən aslı olmayaraq uydurulmuş qorxulu fikirlərin yaranması halları çoxalıb. Təəssüf ki, belə halların artması da depressiyaya səbəb olur. Belə insanlara demək istəyirəm ki, əgər, vəziyyətiniz nəzarətdən çıxmış haldadırsa, mütəxəssisə müraciət edin, psixoloji dəstək alın. Ümumiyyətlə karantində olan hər bir kəs ovqatının pisləşməməsi, bədbinliyə köklənməməsi üçün gününü maraqlı keçirməyə çalışmalıdır. Daha çox kitab oxusunlar, maraqlı filmlər izləsinlər, onlayn məlumat dinləsinlər.
Düşdüyümüz duruma bir az yaradıcı yanaşsaq, heç bir travma almayacağıq. Çünki bu vəziyyətdə psixikası zədələnən insanları düşdüyü durumdan çıxarmaq da asan olmayacaq. Məni həm də bu narahat edir. İnfeksiyanı aradan qaldıracağıq, amma insanların psixikasını bərpa etmək elə də asan olmayacaq. Xüsusilə də emosional xalqlar üçün bu çətindir. Azərbaycan da belə ölkələrin sırasındadır. Biz böyüklərimizə, qohumlarımıza bağlıyıq və çox həssasıq. Əgər, kiminsə yaxını dünyasını dəyişsə, bu ətrafdakilar üçün bir faciəyə çevrilər. Bu karantin rejimi bizim üçün seçim kimi olmamalıdır. Hətta bütün günü evdə oturub, istirahət eləmək istəyən insanlar artıq karantin müddətini xoş qarşılamır. Biz anlamalıyıq ki, bu qadağa bir qanundur, bunu dəyişmək olmaz. Eləməsıniz, cərimələnəcəksiniz. Əgər, virus varsa bu artıq təhlükədir. Gəlin, bu duruma şıltaqcasına deyil, adekvat şəkildə yanaşaq. Sadəcə, çalışaq ki, evdə oturduğumuz müddəti daha maraqlı və səmərəli keçirək. Bir-birimizə diqqətimizi, sevgimizi göstərək. Məsələn, mənim pasientlərim arasında evli cütlüklər var, hansılar ki, heç bir-birini dərindən tanımırlar. Amma bu müddət, məncə, belə insanlar üçün əlverişli olacaq".
Psixoloq karantin dövründə boşanmaların çoxalması ilə bağlı sualı da cavablayıb: "Təssüf ki, dağılan bəzi ailələr elə dağılmalıymış ki, belə olub. Sadəcə karantin bu işdə bir növ katalizator rolunu oynayıb. Ümumiyyətlə, hesab edək ki, karantin ailə münasibətləri üçün bir sınaq, bir testdir. Biri atası evinə gedirdi, digəri işdən çıxandan sonra evə gəlməmək üçün min bəhanə gətirirdi. Amma bütün ömrü də belə yola verə-verə keçirmək olmaz ki... Amma bəzi ailələr bu durumda olsalar belə, boşanmaq istəmirlər. Ümumiyyətlə, insanlar ailə həyatı quranda bir-birilərini yaxından tanımalı, mənfi və müsbət tərəflərini bilməlidirlər, Amma inanın ki, cütlüklər bir evdə yaşamayınca bir-birlərini dərindən tanıya bilməzlər. Boşanan ailələrin çoxu məsləhət və görücü üsulu ilə evlənənlərdir. Ailəni dağıtmadan öncə dərin araşdırma aparmalısınız. Psixologiyada insanların özünü nəyəsə görə qurban verməsi normal hesab olunmur. Gəlin, çalışaq bu günlərdə bir-birimizə xüsusi səbr və təmkinlə yanaşaq".
Psixoterapevt onu da vurğulayıb ki, karantin günlərində övladlarımıza daha çox vaxt ayırmalıyıq: "İndi onları daha da dərindən öyrənməyimiz üçün şərait yaradılıb. Əgər, azyaşlıövladınız varsa, ona nağıl oxuyun, bir az böyükdürsə şahmat, nərd oynayın. Onların gələcəkdə sağlam böyüməsi üçün bu günlərdə sadaladığım şeyləri etməyiniz böyük rol oynacaq. Çox təssüf ki, bu ərəfələrdə övladlarını hansısa məşğuliyyətə cəlb edə biləməyən valideynlər də var. Bu isə bilavasitə onların günahı və qüsurudur. Çünki zamanında övladına yetəri qədər vaxt ayırmayıblar. Uşaqların tərbiyəsi ilə ancaq dayələr, müəllimlər məşğul olub. İndiki durumda uşaqların üstünə getmək yox, düzgün münasibət qurmaq lazımdır. Lazımı yaşda psixoloji tərbiyə versəniz, sonra problem yaşamayacaqsınız. Men elə düşünürəm ki, əsas tərbiyə 7 yaşa qədər olmalıdır. O yaşda uşaqlar virtual yox, canlı ünsiyyətdə olmalıdırlar. Bilirəm, hazırda uşaqlarla kontaktda olmaq çətindir, amma artıq əsl, valideyn olmağın vaxtıdır".
E. Əkbər bildirib ki, karantin dövründə pasientlərə onlayn şəkildə dəstək olur: "Son zamanlarda bizi narahat edən müraciətlərin sayı çoxalıb. Vəziyyət heç də ürəkaçan deyil. Məncə, karantin uzadılsa, insanların psixikası böyük faciəyə dönüşəcək və nəticələr çox qorxunc olacaq. İndi ərzaq var, rahatıq var, amma bunlar bitərsə, vəziyyət çox ağır ola bilər. Vəziyyətin o həddə çatmaması üçün hər kəs indi qoyulan qaydalara əməl eləməlidir. ".
Həkimin sözlərinə görə, insanların xeyirxahlığından sui-istifadə edənlər də artıb: "Belə adamlar hər kəsdən istifadə eləməyi sevirlər. Kimdən nə alsalar, onu qənimət sayırlar. Belələrinin mənəvi və psixi tərəfi korlanıb. Düşünmürlər ki, aldıqları pul bitəndən sonra neyləyəcək?!
Sevda Bayramova