-
- 15-04-2020, 20:02
- 1 004
12 minə yaxın ailə özünüməşğulluq proqramı ilə kiçik təsərrüfatlarını YARADACAQ
Məşğulluğa və sosial rifaha dəstək istiqamətlərindən biri də özünüməşğulluq proqramının genişləndirilməsidir. Bu il 12 minə yaxın ailənin bu proqrama cəlb edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən xəbərə görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə həm dövlət vəsaitlərindən, həm də Dünya Bankının və özəl bankların vəsaitlərindən istifadə olunacaq.
O, işsizlikdən sığorta ödənişinin təyinatı mexanizminin də sadələşdiriləcəyini deyib. Bildirib ki, nəticədə bu mexanizmin cari ildə 20 min insanı əhatə etməsi, bununla daha çox vətəndaşımıza işaxtarma dövründə dəstək göstərilməsi nəzərdə tutulur.
S.Babayev diqqətə çatdırıb ki, aprelin 1-dən 14 aprel tarixinədək ünvanlı sosial yarıdımı alanların sayı 9 min ailə və ya 35 min insan artıb. Ümumilikdə hazırda 79 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur.