-
- 16-04-2020, 10:30
- 745
Kənd təsərrüfatı məhsullarının dövriyyəsində heç bir məhdudiyyət tətbiq edilməyib- AQTA
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq edilməyib.
AQTA-dan News24.az-a bildirilib ki, onlar qanunvericiliyin tələbləri çərçivəsində öz fəaliyyətlərini davam etdirə bilərlər.
Məlumatda deyilir ki, hazırda ölkəmizin xarici dövlətlərlə bir çox sahələrdə, eyni zamanda ticarət sahəsində sıx münasibətləri mövcuddur. İdxal-ixrac əməliyyatlarının istər həcminə, istərsə də əmtəə strukturuna əsasən dünyanın əksər ölkələrilə geniş ticarət münasibətləri qurulub. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq tədbirlər görülür. Əhalinin qida məhsulları ilə təchizatında sahibkarların səmərəli fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar ərzaq məhsullarının ticarəti ilə bağlı 31 mart 2020-ci il tarixdə birgə bəyanat imzalaıb. Bəyanatda qida təhlükəsizliyinə dair əsaslandırılmamış fikirlərlə bağlı ölkələrin ərzaq məhsullarının ticarəti üzrə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyəti azaltmaq, ümumilikdə həmin məhsulların xarici bazarlarda dövriyyəsi məqsədilə məhdudiyyət tətbiq etməmək tövsiyə olunub. Bundan əlavə, 30 mart tarixində G20 ölkələrinin ticarət üzrə nazirləri tərəfindən verilmiş bəyanatda COVID-19 ilə mübarizə üçün qabaqlayıcı lazımi tədbirlərin vacibliyi ilə yanaşı, ticarətdə zəruri olmayan maneələrin yaranmaması, qlobal təchizat zəncirinin pozulmaması və ÜTT qaydalarına uyğunluğu əksini tapıb.
Avropa Qida Təhlükəsizliyi Qurumu tərəfindən verilən məlumata əsasən, qida və kənd təsərrüfatı məhsullarının COVID-19 virusunun mənbəyi olmasında və ya ötürülməsində hər hansı roluna dair heç bir dəlilə rast gəlinməyib. Bu səbəbdən Avropa İttifaqı heyvan, bitki və onlardan əldə olunan məhsullara heç bir ticarət məhdudiyyətinin qoyulmadığını bəyan etmişdir. Belə məhdudiyyətlərin genişləndirilməsinin ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən, xüsusilə pandemiyadan əziyyət çəkən ölkələrə mənfi təsirləri ola biləcəyi qeyd olunub.