Əczaçılıq və tibbi malların alınmasına 144,7 mln. manat sərf edilib
    • 17-04-2020, 17:28
    • 945

Əczaçılıq və tibbi malların alınmasına 144,7 mln. manat sərf edilib

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi malların alınmasına 144,7 mln. manat sərf edib.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 30,5% çoxdur. Təkcə ötən ay əhaliyə 53,4 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da fevral ayı ilə müqayisədə 5,1% çoxdur.

O da bildirilir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,6%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.