-
- 18-04-2020, 11:19
- 837
Uşaqların hüquqlarının müdafiəsi ən vacib məsələdir - KOMİTƏ
“Bu gün dünyada tüğyan edən COVİD-19 pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır. Digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də ailədaxili münaqişələrin, məişət zorakılığı (bu və ya digər formasının) hallarının baş verməsi və bundan da uşaqların əziyyət çəkməsidir”.
News24.az-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, uşaqların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək günümüzün ən vacib məsələlərindən birinə çevrilməkdədir:
“Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlarla bağlı daxil olan müraciətlər, KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən araşdırılır və həmin şəxslərə lazımi dəstək göstərilir. Çox təəssüfedici məqamlardan biri də hər kəsin ilk növbədə öz yaxınlarına qayğı göstərməli olduğu bu cətin pandemiya dövründə belə uşaqların gözü qarşısında onların doğmasına xəsarət yetirilməsi, öldürülməsi, uşaqların baxımsız vəziyyətdə tərk edilməsi, onlara qarşı alçaldıcı və təhqiredici davranışın törədilməsi və bu halları əks etdirən video görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarının baş verməsidir.