-
- 20-04-2020, 13:30
- 682
Səfirlik Türkiyədəki azərbaycanlılarla bağlı MƏLUMAT YAYDI
Koronavirus pandemiyası ilə əlaqədar Türkiyədə qalmış 10 minlərlə Azərbaycan vətəndaşına SOCAR tərəfindən yardım edilib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "Twitter" hesabında məlumat yayıb. Qeyd edilib ki, indiyədək səfirliyə yardımla bağlı 22 minə yaxın müraciət daxil olub və onların bir qismi səfirlik tərəfindən təhlil olunub. Qeyd edilib ki, bu kateqoriyaya daxil olan 10 000-ə yaxın Azərbaycan vətəndaşına Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilib.
Səfirlikdən bildirilib ki,müraciət edən vətəndaşların rahatlığının artırılması, daxil olmuş məlumatların emalı prosesinin sistemləşdirilməsi və yardımların çatdırılması prosesinin sürətləndirilməsi məqsədi ilə bu gündən etibarən müraciətlərin qəbulu prosesinin yeni istifadəyə verilmiş elektron sistem (www.support.edu.az) üzərindən aparılmasına başlanılıb.