-
- 1-10-2019, 10:31
- 824
Sentyabrda Təhsil Nazirliyinin "Qaynar xətt"inə 29 809 müraciət DAXIL OLUB
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən News24.az-a verilən məlumata görə, həmin mərkəzlərə ümumilikdə 29 809 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 292 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 517 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (1 067 ərizə, 788 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox I sinfə, məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu və digər məsələləri əhatə edib.
.