-
- 20-04-2020, 20:23
- 595
"Vətəndaş işsiz statusuna uyğun gəlməlidir" - Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli
“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin (190 manat) verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur”.
News24.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli “ASAN Radio”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, birdəfəlik ödəmənin alınması üçün iki əsas meyar var: “Birincisi meyar ondan ibarətdir ki, vətəndaş işsiz statusuna uyğun gəlməlidir. 190 manatlıq birdəfəlik vəsaiti almaq üçün ikinci əsas meyar isə odur ki, ailədə ər və ya arvad dövlətdən hər hansı bir digər ödənişləri (pensiya, müavinət, təqaüd və digər bənzər ödənişlər) almamalıdır. Müraciət edən şəxslər bu iki meyardan keçərlərsə, onlara 190 manatlıq birdəfəlik vəsait təyin olunur və ödənilir”.