-
- 21-04-2020, 15:20
- 3 244
Bəzi yerlərdə qar yağacaq - Gülşad Məmmədova
“Paytaxtda yaxın iki-üç gün ərzində şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq”.
Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, əksər rayonlarda- bölgələrdə, şimal və qərb rayonlarında aprelin 22-dən 25-dək yağış yağacaq. Bəzi yerlərdə hətta qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda isə yağıntı intensiv xarakterli olacaq”.
G.Məmmədova onu da əlavə edib ki, havanın qeyri-sabit keçməsi aprel ayı üçün xarakterikdir: “Bu ayda əksər hallarda hava şəraiti küləkli, yağışlı, şimşək çaxması ilə müşahidə olunur”.
Afaq Mirayiq