İŞİD-in ən çox axtarılan terrorçusu SAXLANILDI
    • 21-04-2020, 16:39
    • 672

İŞİD-in ən çox axtarılan terrorçusu SAXLANILDI

İspaniya Milli Polisi Avropada İŞİD-in ən çox axtarılan terrorçularından birini saxladığını bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan terrorçunun adı açıqlanmır. Saxlanılan şəxsin milliyyətinin misirli olduğu bildirilib.

Qeyd edilib ki, terrorçu bir müddət öncə Şimali Afrikadan İspaniyaya qanunsuz daxil olub. Bundan əvvəl bir neçə il öncə Suriya və İraqdakı müharibə bölgəsində olub. Adı açıqlanmayan terrorçu ilə birgə 2 nəfərin də saxlanıldığı bildirilib.