İŞİD komandiri 100 min dollar qarşılığında azad edilib
    • 12-12-2018, 15:40
    • 836

İŞİD komandiri 100 min dollar qarşılığında azad edilib

Suriyadakı kürd bölmələri 100 min dollar qarşılığında İŞİD-in tanınmış komandirini azad ediblər.
 
Bu barədə yerli mənbələr məlumat veriblər.
 
Bildirilib ki, Suriyanın Dirazzur əyalətinin şərqində yerləşən və hazırda kürdlərin PYD partiyasının nəzarətində olan ət-Tiyanə bölgəsində İŞİD-in Said Uveyd adlı bir komandiri azad edilib.  
 
Said Uveydin vaxtilə İŞİD tərkibində təhükəsizlik və hərbi postlarda olduğu deyilir. Məlumata görə Said Uveyd 100 min dollar qarşılığında PYD tərəfindən azad edilib və o Dirazzurda öz qəsəbəsinə qayıdıb.
 
Sumariya Agentliyinin məlumatına görə, PYD Suriyanın şimal-şərqində məhbəsdə saxladığı İŞİD üzvlərindən 40-dan artığını 3 ay öncə böyük məbləğlər qarşılığında azad edib.

//Salamnews