35 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
    • 22-04-2020, 09:45
    • 709

35 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

Son 21 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.