Bakıda polis və hərbçini vuran sürücüyə CİNAYƏT İŞİ AÇILDI
    • 22-04-2020, 12:26
    • 703

Bakıda polis və hərbçini vuran sürücüyə CİNAYƏT İŞİ AÇILDI

Bakıda polis və hərbi qulluqçunu avtomobillə vuran B.Abbasovun cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aprelin 19-u saat 22 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.