Hər gün 30 avtobus parkında dezinfeksiya işləri aparılır- BNA
    • 23-04-2020, 01:54
    • 732

Hər gün 30 avtobus parkında dezinfeksiya işləri aparılır- BNA

Bakıda hər gün 30 avtobus qarajında dezinfeksiya işləri aparılır.

News24.az APA-ya istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, "BakuBus" MMC-yə məxsus 300-dən çox avtobus, o cümlədən 30 daşıyıcı şirkətə məxsus 2100 avtobus hər gün dezinfeklsiya edilir. Bu işlər axşam saat 21:00-dan başlayaraq həyata keçirilir.

Dezinfeksiya işləri 15 taksi şirkətinə məxsus avtomobillərdə və dayancaqlarda da icra olunub.