İspaniyada fövqəladə vəziyyət UZADILDI
    • 23-04-2020, 11:00
    • 767

İspaniyada fövqəladə vəziyyət UZADILDI

İspaniyada koronavirus epidemiyası ilə bağlı tətbiq olunan fövqəladə vəziyyət uzadılıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədəki fövqəladə vəziyyətin mayın 9-na qədər uzadılması ilə bağlı qərar qəbul edilib. Baş nazir Pedro Sançez isə bu vəziyyətin 9 may tarixindən sonra daha 15 gün müddətində davam edəcəyini açıqlayıb.