Qocalar evində koronavirusdan ölənlərin sayı 8 MİNƏ ÇATIR
    • 23-04-2020, 12:55
    • 820

Qocalar evində koronavirusdan ölənlərin sayı 8 MİNƏ ÇATIR

Kovid-19 epidemiyasından ən çox təsirlənən Avropa ölkələrindən biri olan Fransada orta yaşı 85 olan qocalar evi sakiləri arasında həyatını itirənlərin sayı 7 min 896 ya çatıb. Bu da ümumi ölümlərin 38 faizini təşkil edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Olivier Veran məlumat yayıb. O qeyd edib ki, ölkə ərazisindəki qocalar evinin 45 faizində koronavirus aşkarlanıb.

Qocalar evlərində işləyən səhiyyə işçilərinin qoruyucu avadanlıq problemi davam edərkən, tibb işçilərinin lazımi maskalarının olmaması orada yaşayan yaşlıların həyatını riskə atır.

Qocalar evləri ilə əlaqəli digər bir vacib problem, burada qalan yaşlılar üçün Kovid-19 testinin keçirilməməsidir. Nazir Veran, bu hadisəyə gələn reaksiyalardan sonra ölkədə qocalar evlərində qalanların testdən keçməsi üçün proses başladacağını açıqlayıb.

Paris merinin müavini Emmanuel Qregori, təcili vəziyyətlərdə qocalar evlərindən təcili yardım çağırıldığını, ancaq heç kim gəlmədiyi üçün çox sayda insanın öldüyünü iddia edib.