Rotterdam "Eurovision 2021"-ə ev sahibliyi etməyə HAZIRDIR
    • 23-04-2020, 22:22
    • 707

Rotterdam "Eurovision 2021"-ə ev sahibliyi etməyə HAZIRDIR

Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin elə bu şəhərdə keçirilməsinə səs veriblər.

News24.az "NL Times"a istinadən xəbər verir ki, yarışmanın bu il baş tutacağı yerdə - Ahoy konsert salonunda keçirilməsi planlaşdırılır.

Təşkilatçılar salonun kirayəsi xərcləri, əlavə təhlükəsizlik və reklam yerləri üçün əlavə 6.7 milyon avro xərcləmək niyyətindədirlər.

Qeyd edilib ki, 2020-ci ildə planlaşdırılan Rotterdam yarışması artıq 15 milyon avro xərclənib.