-
- 24-04-2020, 16:08
- 1 611
"İl boyu içki içib Ramazanda oruc tutursa..."- HACI ŞAHİNDƏN AÇIQLAMA
Bütün müsəlman aləmi sabah, yəni aprelin 25-də 12 ayın sultanı olan müqəddəs Ramazanın başlamasını qeyd edəcək. Bu günsə Şaban ayının son cüməsi, yəni müqəddəs ayın ilk gününün niyyət axşamıdır.
News24.az orucluğun mahiyyəti, fəzilətləri, eyni zamanda niyyət axşamının anlamı barədə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində ay bu gecə görünəcək: “Sabahdan oruc tuturuq. Niyyət axşamı deyildikdə nə nəzərdə tutulur, insan sabahdan bir ay ərzində oruc tutacağını niyyət edir. Ramazan ayının orucu “Qurani- Kərim”in buyurduğuna əsasən, müsəlmanlara vacib buyurulub. Həmin ayədə qeyd olunur ki, oruc bizim təqvalı olmağımız üçündür. Oruc tək ac, susuz qalmağınız üçün deyil, özümüzə hakim olmağımız üçündür, yəni oruc tutmaq insanda iradə formalaşdırır. İnsan bu zaman özünə hakim olmağa çalışmalıdır. Orucun fəlsəfəsi çox dərindir. İnsan canlılar içində yeganə varlıqdır ki, özünə yox deyə bilir, nəfsinə qalib gələ bilir. Ramazan ayı boyunca özünü imtahana çəkir. Nə dərəcədə özünə hakim olmağı bacardığını özü üçün aydınlaşdırır”.
"Yalnız əhya və qədr gecələrində oruc tutmaq doğru deyil"
İlahiyyatçı qeyd edir ki, dünyada bu gün baş verən problemlərin kökündə dayanan məsələ insan nəfsinin cilovlanmamasıdır: “İnsan öz nəfsinə hakim olarsa, bundan heç kimə ziyan toxunmaz. Öz eyibləri ilə məşğul olar, digər insanlara heç bir halda zərər toxundurmaz. Ramazan ayı mərhəmət, birlik ayıdı. Bu ayda insanlar digərləri ilə həmdərd olur, ehtiyaclı insanları yad edirlər. İndi xüsusi şəraitdə, pandemiyanın yayıldığı dönəmdə biz oruc tututuruq. Bu dəfə xüsusi qaydalara riayət olunacaq. Yəni insanlar kütləvi toplanmayacaq. Hərə öz evində fərdi qaydada dini ayinləri icra edəcək. Amma hər bir halda ehtiyac içində yaşayan insanları yad etməliyik, yardımlaşmalıyıq. Hər hansı vasitələrlə imkanlı insanlar ərzaq və digər yardımlar etməlidir ki, onlar da iftar süfrələri aça bilsinlər. Bir sözlə, Ramazan ayı birlik, tövbə və bağışlanmaq ayıdır. Allahdan arzu edirəm ki, bu ay bütün müsəlmanlara mübarək olsun”.
Hacı Şahin insanların maraqlandıran sualları da cavablandırıb. O, “oruc tutulan zaman qan vermək olarmı sualını cavablandırıraq bildirib ki, zərurət yaranarsa qan vermək olar: “Bu orucu pozmur, orucu davam edə bilər. Amma həddindən artıq insanı zəiflədən əməllərdən də çəkinmək tövsiyə olunur. Əgər qanvermə həyatı əhəmiyyət kəsb edirsə, oruc tutan insan qan verə bilər”.
İlahiyyatçı bəzi insanların yalnız əhya günlərində oruc tutmasına da münasibət bildirib: “Təbii ki, doğru deyil, müsəlmanlara oruc tutmaq bir ay vacib buyurulub. Amma bir insan heç olmasa 2-3 gün oruc tutubsa, biz ona “oruc tutma” deyə bilmərik. Yəni bu da bir addımdı. Insan həmin günləri oruc tutursa, heç kəs ona mane ola bilməz. Amma oruc ümumilikdə bir ay ərzində vacib buyurulub”.
"İlboyu içki içib, Ramazan ayında oruc tutanlar Allaha doğru addım atırlar"
Hacı Şahin “İlboyu alkaqollu içki içib, amma bir ay ərzində oruc tutanların orucu qəbul olunurmu” sualını da cavablandırıb: “Əgər bir insan Allaha doğru bir addım atırsa, biz onu alqışlamalıyıq. Düzdür, digər aylarda əməl etməsə də, mübarək Ramazan ayında oruc tutursa, bu gələcəkdə pis vərdişlərdən əl çəkməyə xidmət edə bilər. Günahlardan uzaqlaşmağa xidmət edə bilər deyə, biz insanlara deyə bilmərik ki, başqa aylarda riayət etmirsənsə, Ramazan ayında tutma. Əlbəttə, günah günah olaraq yerində qalır. Bilirsiniz, biz doğrunu insanlara başa salmalıyıq, amma bizim kimlərisə qınamağa haqqımız yoxdur. Hər bir halda bir insan yaxşı bir iş görürsə, biz onu alqışlamalıyıq. Xoşagəlməyən iş görürsə, mehriban halda ona iradlarımızı bildirə bilərik”.
Afaq Mirayiq