-
- 25-05-2019, 16:26
- 1 169
Qədr gecəsi ilə bağlı QMİ rəsmisindən - Açıqlama
Bir neçə gündür ki, insanlar arasında Qədr gecələrinin keçirilmə vaxtı ilə bağlı anlaşılmazlıq yaranıb.
Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqvimində birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni may ayının 23-dən 24-də keçən gecə kimi göstərilir. Amma Bakıda və bölgələrdə qədr gecəsini əksər insanlar mayın 24-dən 25-ə keçən gecə qeyd ediblər.
News24.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli açıqlamasında bu məsələyə aydınlıq gətirib. «Qafqaz Müsəlmanları İdarəsinin verdiyi qərar tam dolğundur. Heç bir çaşqınlıq yarana bilməz. Yəni Ramazan ayının 18-dən 19-na keçən gecə əhya gecəsidir. Peyğəmbərin hədisi var ki, Ramazanın son 10 günündə insanlar oyaq qalmalıdıdrlar. Qədr gecəsinin hansı gecə olduğu da, bəlli deyil.
Bu gün məscidlərin hamısında 20-dən, 24-dək, elə məscidlər də var ki, bir həftə dalbadal müqəddəs günlər qeyd olunur. Məscid açıqdır, hər bir insan gəlib namaz qılıb, ibadət edə bilər. Ayın 24-nün, 26-nın, yaxud 28-nin olması şərt deyil.
Qafqaz Müsəlmanları İdarəsinin təyinatı üzrə məscidlər işini görür. Kim bu ibadətlərdə iştirak etsə, fəzilət hesab olunur. Yəni belə bir anlayış yoxdur ki, bunu biri bu gün, digəri başqa gün keçirsin. QİM-in regionlar üzrə fətvası var. Biz insanların düşüncələri ilə hərəkət etmirik ki?! Biz yekdil qərarı ortaya qoyuruq. QİM-in verdiyi qərarla ayın 5-i niyyət axşamı oldu, 6-sı da Ramazan aytının 1-ci günü idi. Yəni bu əsasla biz orucumuzu tutmuşuq. Və Qədr gecələrini də olduğu kimi saxlayırıq».
Afaq Mirayiq