Koronavirusa ən çox yoluxma BU RAYONLARDADIR
    • 24-04-2020, 20:16
    • 761

Koronavirusa ən çox yoluxma BU RAYONLARDADIR

Bakının rayonlarında koronavirusa ən çox yoluxma Yasamal, Sabunçu, Nəsimi və Binəqədi rayonlarında qeydə alınıb. Bunun da səbəbi orada əhalinin sıxlığıdır".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, yoluxanlar arasında Yasamal 22.43 %, Sabunçu 12.2 %, Nəsimi 11.15 %, Binəqədi 11.37 %, Nizami 5.11 %,Xətai 5.31 %, Nərimanov 6.27 %, Qaradağ 3.02 %, Səbail 2.3%, Suraxanı 5.11 %, Xəzər 4,53 %, Pirallahı 0.93 % təşkil edib. 
Yoluxanların 3.72 %-i Sumqayıt, 5.49 %-i Abşeronun payına düşür.

Afaq Mirayiq