Ağac kəsən şəxs 1120 manat cəzalandırıldı
    • 25-04-2020, 10:18
    • 712

Ağac kəsən şəxs 1120 manat cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1120 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan şəhər Prokurorluğuna göndərilib.