"Toyu online elə, tarixə düş" - Elzadan tanınmış həmkarına KREATİV TƏKLİF
    • 25-04-2020, 11:57
    • 825

"Toyu online elə, tarixə düş" - Elzadan tanınmış həmkarına KREATİV TƏKLİF

"İstərdim ki, Sevda toyunu online şəkildə keçirsin. Qonaqlar da hədiyyələrini, güllərini və toya salacaq pulu onlayn şəkildə versin. Beləcə, Sevda Yahyayevanın toyu onlayn şəkildə keçdiyi üçün tarixə düşsün. Bu, çox əla bir fikirdir. Ümid edirəm, Sevda mənim bu təklifimi müsbət dəyərləndirər". 

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan həmkarı Sevda Yahyayeva üçün deyib. 

Qeyd edək ki, S. Yahyayevanın nişan mərasimi koronavirusa görə təxirə salınıb. O, Zakir Bayramov adlı həkimlə ailə həyatı qurmağa hazırlaşır.

Sevda Bayramova