Sumqayıtda yanğın - XƏSARƏT ALAN VAR
    • 25-04-2020, 11:05
    • 738

Sumqayıtda yanğın - XƏSARƏT ALAN VAR

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə News24.az-a  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.