Şagirdlər və valideynlər üçün yeni LAYİHƏ-FOTO
    • 25-04-2020, 14:46
    • 2 955

Şagirdlər və valideynlər üçün yeni LAYİHƏ-FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) sosial-maarifləndirmə layihəsinə start verib.

BŞTİ-dən News24.az-a verilən məlumata görə, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsinin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olunacaq.
Videomüraciətlərdə mövcud tibbi-profilaktik vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr veriləcək.

#EvdəQal #MəktəbPsixoloqundanTövsiyə #DəstəkAl #BakıTəhsilİdarəsi #Müəllim #Şagird #Valideyn