ATV-dən çıxarıldığı deyilən jurnalist DANIŞDI
    • 25-04-2020, 15:56
    • 831

ATV-dən çıxarıldığı deyilən jurnalist DANIŞDI

Xəbər verdiyimiz kimi tanınmış jurnalist, teleaparıcı Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırılıb.

News24.az xəbər verir ki, Aydınoğlu şəxsi "Facebook" profilində məsələyə aydınlıq gətirib: "18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də, 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub.

Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq, vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm".

Sevda Bayramova