Tanınmış jurnalist ATV-dən UZAQLAŞDIRILDI
    • 25-04-2020, 13:19
    • 1 434

Tanınmış jurnalist ATV-dən UZAQLAŞDIRILDI

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

News24.az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.

Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.