-
- 27-04-2020, 13:19
- 787
"Xeyriyyə aksiyalarından sui-istifadə günah və haramdır" - HACI ŞAHİN
Ötən gün News24.az-ın "Ülkər Rəşidqızı ilə karantində" rubrikasının qonağı ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin Hacı Şahin Həsənli olub.
H.Həsənli koronavirus pandemiyası dövründə oruc tutulmasından danışıb:“Hazırda xüsusi karantin rejimində yaşayırıq. Ramazan ayı da belə bir vəziyyətlə üst-üstə düşüb. Ötən gün Səhiyyə Nazirliyində çalışan bir həkimlə söhbət etdik. O da bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində orucun insan immunitetinə mənfi təsir görstərməsi isə bağlı bir fikir yoxdur. Həkimlər hətta orucun qaydara əsasən tutulacağı halda insan səhhətinə müsbət təsir göstərə biləcəyini deyiblər. Burada qaydalara uyğun deyilən zaman çoxlu maye qəbul etmək, iftar zamanı həddiən çox qida qəbul etməmək, çoxlu meyvə-tərəvəzdən istifadə etmək nəzərtə tutulub. Bunlar immumitet sistemi güclənirir. Pandemiya şəraitində isə "insanlar oruc tutmasın, xəstəliyə yoluxarlar" demək doğru olmaz. Amma dinimizin hökmünə əsasən, bir insan oruc tutduğu halda immunitetinin zəifləyəcəyini bilirsə, həkimlər də bunu təsdiqləyərsə, o zaman xəstəliyə yoxluxmamaq üçün oruc tutmaya bilər. Ümumi halda isə oruc tutmaq qadağan edilmir. Təbii ki, koronavirusa yoluxmuş xəstələr də oruc tutmamalıdır”.
Hacı Şahin Həsənli iftar zamanı qıdalanma haqda da vacib məqamlara toxunub: “Çox yemək insanın mədə-bağırsaq sisteminə ciddi ziyan vura, immuniteti zəiflədə, hətta zəhərlənmələrə də gətirib çıxara bilər. Ramazan ayında insan anlamalıdır ki, ac və susuz qalaraq saatları, saniyələri saymaq düzgün deyil. İnsan öz nəfsinə hakim olmalıdır. Qidalanan zaman da daha çox sulu yemək yeməlidir. Bol maye qəbul edib, meyvə-tərəvəz, vitaminlərlə üstünlük verməlidir. Bunlara riayət olunarsa, mənəviyyatımıza, ruhmuza, cismimizə müsbət təsir göstərər. Din həm sağlamlığmızın, həm də mənəviyyatımızın keşiyində dayanır”.
İlahiyyatçı Ramazan ayının duaları barədə də danışıb:“Ümumiyyətlə orucluqda vacib olan orucun tutulmasıdır. Yəni, digər duaların oxunması mütləq deyil. Lakin, Ramazan ayında müxtəlif bəyənilən dualar var. Onları oxumaq çox yaxşıdır. Kitablarda hər gün oxumaq üçün eyni dua var və eyni zamanda da hər günün ayrı duası mövcuddur. İftar duası dəyişilmir”.
İlahiyyatçı həmçinin üzürlü səbəbdən oruc tuta bilməyənlərin verməli olduqları fitrədən də söz açıb:“İnsan üzürlü səbəbdən orucu tutmursa, imkanı daxilində heç olmasa bir yoxsulu doyurmaqla yardım etməlidir. Bu, təxminən bir çörək almağa bərabərdir. Təbii ki, bundan artıq da ola bilər”.
Hacı Şahin Həsənli son zamanlar cəmiyyət arasında geniş yayılan xeyriyyə aksiyalarından danışıb və onlardan sui-istifadə edənlərə münasibət bildirib: “Koronavirus dövründə insanlar evdə oturmalı idilər. Bu vacib hala insanların çoxu riayət edirdilər. Aztəminatlı ailələrin çətin vəziyyətə düşəcəyini düşünərək dövlət qurumları müvafiq addımlar atır. Atıq xeyli ailələr bu yardımları alıb. Eyni zamanda cəmiyyət də buna səfərbər olunub. Yardımlaşma aksiyaları həyata keçirilir. Azərbaycanlılar bu çətin dövrdə hər kəsə gözəl örnək oldu. Dini icma olaraq biz də mindən artıq ailəyə yardım etdik. Yardımların gizlin və ya aşkar edilməsi də müzakirə mövzusuna çevrilib. Quranda həm gizli, həm aşkar sədəqə barədə danışılır. Sədəqənin gizli verilməsi daha üstündür, amma mövcud şəraitdə bu kampaniyaların işıqlandırılması, həmin şəxslərə rəğbətin göstərilməsi başqalarını da belə nəcib əməllərə həvəsləndirir. Sadəcə, biz özümüz üçün bir prinsip təyin etmişik ki, yardım alan şəxslərin üzü görünməsin. Təbii ki, istənilən xeyirxah aksiyalar zamanı sui-istifadələr də olur. Öz haqqı olamayan bir şeyi tələb edən insanlar Allah qarşısında məsuliyyət daşıyır. Onun yardım tələb etməsi haram və günahdır. ”