-
- 15-04-2020, 14:40
- 927
Karantində oruc tutulmalıdırmı? -EKSPERTLƏR DANIŞDI
Artıq Müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bununla belə insanlar arasında müxtəlif sullar səsləndirilməkdədir. Karantin günlərində oruc tutulmalıdırmı və koronavirus təhlükəsinin olduğu dönəmdə bu, immunitetin aşağı düşməsinə gətirib çıxararmı? Digər tərəfdən də insanlar dini ayinlərini də yerinə yetirməkdən imtina etmək istəmirlər. Bəs nə etməli?
News24.az bu məsələ ilə bağlı ekspertlərin fikrini öyrənməyə çalışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bizimlə söhbətdə bildirib ki, evlərindən çıxmamaq şərtilə sağlıq durumu normal olan insanlar orucunu tuta bilərlər: “Oruc tutub ailələri ilə birgə iftar aça bilərlər. Insanlar evdən çıxmasa, təmasları minimuma endirsə, yoluxma da olmayacaq. O halda da oruc tuta bilərlər. Işləyən insanlar da özlərini qorumaqla orucunu davam edə bilər. Amma xəstə insanlar oruc tutmamalıdır. Çünki bu insanlar müalicə olunurlar. Onlar sağaldıqdan sonra növbəti ilin orucluğuna qədər qədir oruclarını tuta bilərlər. Xəstəliyə yoluxma qorxusu olan insanlar da həkimlərlə məsləhətləşib ona uyğun addım ata bilərlər. Əgər insan oruc tutmaqla zəiflədiyini hiss edibsə, xəstəliyə yoluxma ehtimalı ciddi olarsa, o halda orucunu poza bilər. Amma digər halda orucun tutulmaması haqqında bir söz deməyə əsas yoxdur. Biz ümumi hökm verə bilmərik ki, oruc tutulmasın. Hər bir insanın orqanizmi özünəməxsusdur. Burda inanlar özlərinə uyğun, həkimlərlə məsləhətləşib, qərar verə bilər”.
Tibbi ekspert Adil Qeybulla isə karantin dövründə oruc tutmağı məqbul saymır:
“Bu dövrdə oruc tutmaq xeyli çətin olacaq. Çünki insanlar karantin rejimindədirlər. Digər tərəfdən də immun sistem məsələsi var. Orucluq təkcə qida ilə bağlı məsələ deyil, əvvəla bütün rejim gərək pozulsun.
Hesab edirəm ki, buna bir müddət fasilə verib, sonra davam etdirmək olar. Bir ekstremal durum kimi, bu da müharibə kimidir. Eyni zamanda bu insanların şəxsi istəklərinə buraxılan məsələdir. Ikinci tərəfdən də Qafqaz Müsəlmanları İdarəsi buna müdaxilə etsə, daha yaxşı olardı. Insanlar bu ayinləri bir müddət sonra icra edə bilərlər. Bilirsiz həm immunitet, həm də rejim baxımından, insanların vəziyyəti pisləşə bilər. Biz çalışmalıyıq ki, daha az itki ilə bu dönəmdən çıxa bilək”.
Qeyd edək ki, bu il Ramazan ayı aprelin 24-ü daxil olur.
Afaq Mirayiq