Sabahın hava proqnozu açıqlandı
    • 27-04-2020, 12:54
    • 846

Sabahın hava proqnozu açıqlandı

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 12-14, gündüz  15-18, Bakıda gecə 12-14, gündüz  15-17 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.  

Aprelin 28-də Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.