Azərbaycanda koronavirusdan sağalanların sayı 1162 nəfərə çatdı
    • 27-04-2020, 16:03
    • 631

Azərbaycanda koronavirusdan sağalanların sayı 1162 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.