"1 milyon 600 min şagird bu teledərslərdən yararlanıb" - Ceyhun Bayramov
    • 27-04-2020, 17:18
    • 837

"1 milyon 600 min şagird bu teledərslərdən yararlanıb" - Ceyhun Bayramov

"Pandemiya ilə bağlı mübarizədə qəbul edilən ən birinci qərarlardan biri təhsilin dayandırılması idi". 

News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün təşkil olunan brifinqində təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, martın 2-də Azərbaycanın bütün ərazisində təhsil prosesi dayandırılıb: "Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir".   

C.Bayramov bildirib ki, 29 aprel tarixində teledərslərin mininci buraxılışı yayımlanacaq. Nazir bu tele-dərslərin şagirdlər üçün böyük tövhə olduğunu diqqətə çatdırıb: "1 milyon 600 min şagird bu teledərslərdən yararlana bilib. Bu günə 650 min şagird və müəllim virtual məktəb layihəsindən qeydiyyatdan keçib". 


Teymur Məmmədov