"Prosesin vacib mərhələsindəyik" - CEYHUN BAYRAMOV
    • 27-04-2020, 17:15
    • 680

"Prosesin vacib mərhələsindəyik" - CEYHUN BAYRAMOV

Ölkəmizdə ilk koronavirusa yoluxma faktı qeydə alınan kimi bütün ölkə ərazisində tədris prosesi dayandırıldı.

News24.az xəbər verir ki, bunu Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Bu qərar qəbul ediləndə dünyanın 12 ölkəsi bu addımı atdı, daha sonra 190 ölkədə tədris prosesi dayandılıldı. Bu addım göstərdi ki, ölkədə insanların sağlamlığı ön plandadır.

Biz prosesin vacib mərhələsindəyik. Bundan sonra məhdudiyyətlərin aradan götürülməsində bizim üçün xoşagəlməyən, real ola biləcək halların baş verməməsi üçün vətəndaşların məsuliyyəti vacibdir. Mən əminəm ki, hər bir vətəndaş bu tövsiyələrə əməl edərək, pozitiv nətirəcəlrin olmasına kömək edəcək".