Ramazan ayının 4-cü gününün DUASI
    • 27-04-2020, 21:00
    • 1 009

Ramazan ayının 4-cü gününün DUASI

Sabah Ramazan ayının 4-cü günüdür.

News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 28-də Bakıda imsak vaxtı  04:05, iftar isə  saat 19:48-dır. 

4-cü günün duası: 
Allahummə qəvvini fihi əla iqaməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!
Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!