Karantin yumşaldıldı, insanlar küçələrə axışdı - BAKI BU GÜN - VİDEOREPORTAJ - FOTOLAR
    • 27-04-2020, 19:46
    • 841

Karantin yumşaldıldı, insanlar küçələrə axışdı - BAKI BU GÜN - VİDEOREPORTAJ - FOTOLAR

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən xüsusi karantin rejiminin bəzi məhdudiyyətlərində yumşalmalar tətbiq olunub. Bəzi müəssələr artıq fəaliyyətə başlayıb. Onlardan biri də geyim mağazalarıdır.

News24.az xəbər verir ki, bununla yanaşı fərdi tədris və repetitor xidmətləri, kitab, qəzet, dəftərxana mallarının, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının, qızıl və digər bəzək əşyalarının, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının, mebel, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsullarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye və fotostudiyalar, fərdi mənzillərdə təmizlik, dərzi xidmətləri də fəaliyyət göstərməyə başlayıb. Şəhər əhalisi bu qərarı səbirsizliklə gözləyirmiş.


Karantin dövründə sözügedən müəssələrin bağlı olması ən çox da sahibkarları üzdü. Baxmayaraq ki, bu gündən etibarən müəyyən yerlər müştərilərinin üzünə açılıb, lakin alıcı sayı hələ ki, çox azdır.




Düzdür, xüsusi karantin rejimi yumşaldıldı. Amma unutmamalıyıq ki, qoyulan məhdudiyyətlər tam götürülməyib. Bu baxımdan zərurət olmadığı təqdirdə evdən çıxmamaq hələ də sağlamlığımız üçün vacib tələblərdən biridir.



Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov