Müğənni Nazənin bu dəfə  prodüseri ilə aparıcılıq edəcək - Video
    • 30-11-2018, 10:23
    • 1 679

Müğənni Nazənin bu dəfə prodüseri ilə aparıcılıq edəcək - Video

Müğənni Nazənin yenidən “Lider TV”-də aparıcılığa başlayır. 

News24.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, yeni mövsümdə “Dostlar” verilişini tək yox, prodüseri Pərviz Fəqanla aparacaq. Yeni mövsümün ilk verilişi bu gün saat 22:00-da efirə gedəcək. İlk qonaqlar xalq artisti Niyaməddin Musayev, nəğməkar şairə Zemfira Əlişqızı, həkim Zeynəb olacaq.

Qeyd edək ki, Nazənin “Dostlar” verilişinidə bir neçə il idi ki aparıcılıq edirdi. O digər yaradıcılıq işləri ilə bağlı aparıcılıq fəaliyyətinə fasilə vermişdi. 

News24.Az