“Elə görünməsin ki, biz məktəblərin açılacağı tarixi bilirik, amma demirik”- Elnur Məmmədov
    • 28-04-2020, 16:33
    • 578

“Elə görünməsin ki, biz məktəblərin açılacağı tarixi bilirik, amma demirik”- Elnur Məmmədov

“Elə görünməsin ki, biz məktəblərin, kolleclərin açılacağı tarixi bilirik, amma heç nə demirik. Bu belə deyil”.

News24.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov pandemiyanın təhsil sahəsinə təsirlərindən danışırkən deyib. O qeyd edib ki, ən böyük kütləvi sahə kimi təhsildə ilk addım atıla bilməz. Hazırda insanların sağlamlığına önəm verməliyik".  

E.Məmmədov bir sıra xarici ölkələrin təcrübəsində pandemiya bitəndən sonrakı dönəm barədə danışıb: "Bəli, koronavirus olan bir neçə ölkədə ibtidai siniflər birinci açılıb, sağlamlıq imkanları məhdud uşaqların da təhsilinə ilk olaraq başlanıb. Amma konkret olaraq Azərbaycanda hələ ki belə bir qərar yoxdur”. 

Afaq Mirayiq