Rusiyada azərbaycanlı, dağıstanlı və ermənilər arasında atışma olub
    • 11-03-2019, 13:34
    • 915

Rusiyada azərbaycanlı, dağıstanlı və ermənilər arasında atışma olub

Volqoqrad yaxınlığında yerləşən Frolovo şəhərində Dağıstan, Azərbaycan və Ermənistan vətəndaşları arasında atışma olub.
 
News24.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Tərəflər arasında silahlı insidentin Dağıstan sakininə görə baş verdiyi deyilir. 
Altı dağıstanlıFrolovo şəhərində erməni və azərbaycanlıdan ibarət qarışıq ailəyə aid olan mağazaya basqın edib.
Mübahisə ilk olaraq iqtisadi xarakter daşıyıb. 
Hadisə şahidlərindən birinin sözünə görə, ilk atəşi basqın edənlərdən biri açıb. 
Atışma nəticəsində Frolovoda ticarətlə məşğul olan Ermənistan əsilli şəxs qətlə yetilirib.
Hazırda 3 dağıstanlı və hücuma məruz qalan ailənin 1 üzvü xəstəxanada müalicə alır. 
Basqın edənlərdən 4-ü saxlanılıb.