Karantin rejimini pozan 43 177 hərəkət iştirakçısı inzibati məsuliyyətə CƏLB EDİLDİ
    • 29-04-2020, 10:29
    • 741

Karantin rejimini pozan 43 177 hərəkət iştirakçısı inzibati məsuliyyətə CƏLB EDİLDİ

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

News24.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.