-
- 29-04-2020, 12:15
- 699
“Dərs vaxtı” verilişinin 1000-ci buraxılışı efirə getdi
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 1000-ci buraxılışı efirə gedib.
News24.az-ın xəbərinə görə, veriliş martın 11-dən yayımlanır.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılıb.
Martın 11-dən etibarən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında Azərbaycan bölməsi üçün “Dərs vaxtı” proqramına start verilib. Martın 16-dan etibarən rus bölməsində təhsil alan şagirdlər üçün də teledərslərə başlanılıb. Martın 30-dan “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə də start verilib. “Dərs vaxtı”nda məktəbəqədər və məktəbdənkənar fəaliyyətlə bağlı dərslərə də yer verilir.