-
- 29-04-2020, 12:55
- 586
“Vətəndaşın 190 manatı ala bilməməsinin səbəbi...”- FAZİL TALIBOV
“Hazırda vətəndaşlardan gələn hər bir müraciət informasiya sistemi üzərindən müvafiq araşdırmalar nəticəsində cavablandırılır. Əgər vətəndaşın adına Əmlak Komitəsinin bazasından pay torpaq mülkiyyəti verilibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) buna istinad edərək imtina qərarı çıxarır”.
News24.az xəbər verir ki, bunu ƏƏSMN-nin şöbə müdiri Fazil Talıbov Xəzər TV-nin “Xəzər səhər” verilişində deyib.
Onun sözlərinə görə, pay torpaq mülkiyyətçiləri illərdir torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar:
“Bundan əlavə, onlar subsidiyalarla təmin edilirlər. Dövlətin onlar üçün gördüyü bütün bu tədbirlər məhz verilən pay torpaqlarının canlanması və vətəndaşların torpağı əkib-becərməsi üçündür. Bu gün vətəndaşlara verilən pay torpaqları üçün kifayət qədər dəstək var. Qanunvericilikdə də pay torpaq sahibləri məşğul şəxs hesab edilir. Qanunvericiliyin müvafiq tələbi ilə onlara işsizlik statusu verilə bilməz”.